ABŞ qoşunu Suriyadan çıxarır, Almaniyanı dəvət edir

15:36 07-07-2019 621

ABŞ Almaniyanı Suriyaya qoşun göndərməyə çağırıb.

Bunu Welt nəşrinə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

Bildirilir ki, məqsəd Suriyanın şimal-şərqində ABŞ qoşunlarının qismən əvəzlənməsi zərurətidir.

Ceffri ABŞ hökumətinin bir neçə yüz alman əsgərinin Suriyaya göndəriləcəyinə

ümid bəslədiyini vurğulayıb. O həmin bölgədə beynəlxalq mövcudluğun vacibliyini önə çəkib və Türkiyə ilə təhlükəsizlik zonasının yaradılması haqqında danışıqların aparıldığını bildirib.