Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd oldu

20:20 18-01-2020 494

Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə yenidən namizəd olub.  

Qurumun rəsmi saytı xəbər verir ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. 

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.