Alimlər: Su arıqlamağa kömək edir

04:20 19-01-2020 83

Adi içməli suyun müntəzəm və düzgün istifadəsi artıq çəkini atmağa kömək edir.

Focus.de” nəşrinin məlumatına əsasən, belə bir qənaətə yapon alimləri gəliblər.

Mütəxəssislərin sözlərinə əsasən, yuxudan oyandıqdan sonra kofe və ya çay əvəzinə, otaq temperaturunda olan bir stəkan su içmək lazımdır. Dişlər isə su içdikdən dərhal sonra təmizlənməlidir və yalnız bundan 45 dəqiqə sonra səhər yeməyi yemək olar.

Alimlər bildirirlər ki, su içdikdə aclıq hissi azalır. Səhər yeməyindən sonra iki saat ərzində heç ən yemək məsləhət görülmür.

Acqarına içilən su gecə boyu yığılan toksinləri orqanizmdən çıxarır, metabolizmi və bağırsaqların fəaliyyətini gücləndirir.

Beləliklə, səhərlər müntəzəm olaraq su içmək və gün ərzində düzgün qidalanmaqla artıq çəkidən tədricən yaxa qurtarmaq olar.

Alimlərin sözlərinə əsasən, bir aydan sonra isə qanda şəkəin səviyyəsi və təzyiq normallaşa bilər.