Bakıda 36 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb
07:40 19-01-2020 515
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Mirəli Qaşqay küçəsi 46 ünvanında qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli