MakQreqor və Serron döyüşü başladı

08:00 19-01-2020 440

İrlandiyalı boksçu Konor MakQreqor və ikiqat UFC çempionu, amerikalı Donald Serronun döyüşünü başlayıb.

Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilir.

Konor MakQreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Serron – qaydasız döyüşün əsl veteranıdır. Son illər beş döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.