Ac aslan donuzu yerin altından çıxartdı – VİDEO

03:00 21-01-2020 550

Afrika safarisində olan turistlər ac dişi aslanın ovunu videokameraya çəkməyə nail olublar.

“Daily Mail” əbər verir ki, aslan o qədər ac olub ki, çöl donuzunun yuvasını qazmağa başlayıb.

Qısa müddətdən sonra donuzun səsi gəlməyə başlayıb.

Məlum olub ki, aslan çöl donuzunu yaxalamağa nail olub.

Aslan tələsmədən donuzu yuvasından çıxararaq onu boğub.

Sonra isə aslan şikarını yeməyə başlayıb.