ABŞ rəsmən elan etdi: “Hakimiyyəti dəyişmək üzərində işləyirik”

12:00 21-01-2020 28

ABŞ Venesueladakı hakimiyyəti dəyişdirmək üçün beynəlxalq birliklə işləyir.

“RİA Novosti” xəbər verir ki, bu açıqlamanı ABŞ-ın dövlət katibi Mayk Pampeo verib.

“Bizim işlədiyimiz layihəyə əsasən, Maduro hakimiyyətdən getməli, Venesuela xalqı azad və ədalətli seçkilər keçirməlidir. Bu nəticəni əldə etmək üçün Cənubi və Mərkəzi Amerika ölkələri, Avropa və dünyanın bütün digər ölkələri ilə işləyirik”, - Mayk Pomeo bildirib.

Dövlət katibi hesab edir ki, ABŞ-ın Venesuela ilə bağlı apardığı strategiyanı təsirli sayır və bunun dəyişdirilməsinin lazım olmadığını düşünür. 

Mayk Pompeo hələ də hakimiyyətə qalan Nikolas Maduronu dünya tarixində ən böyük humanitar böhrandan birini yaratmaqda günahlandırıb.