Türkiyə əsilli futbolçu “Ayaks”ın tarixinə düşdü - VİDEO

19:20 23-01-2020 530

“Ayaks” futbol akademiyasının yetirməsi olan Türkiyə əsilli holland futbolçu Naci Ünüvar klubun tarixinə düşüb.

“Haber7” saytı məlumat verir ki, 16 yaşlı gənc istedad Naci Ünüvar “Ayaks”ın heyətində çıxdığı ilk rəsmi oyunda fərqlənərək bu göstəriciyə görə klubun tarixinə düşüb.

Qeyd edək ki,  Amsterdam təmsilçisinin 16 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.