Meksikalılar gözəl qol vurdular, Qızıl kuboka sahib çıxdılar - VİDEO

08:36 08-07-2019 679

Meksika yığması CONCACAF Qızıl kubokunun finalında ABŞ üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Çikaqoda keçirilən oyunu 62 mindən çox tamaşaçı izləyib.

Yeganə qolu 73-cü dəqiqədə Covani dos Santos vurub, ona dabanla ötürməni isə turnirin “ən yaxşı” futbolçusu elan edilən Raul Ximenes atıb.

Bu, tərəflərin CONCACAF Qızıl kubokunun finalında artıq 6-cı görüşü olub: onlardan beşində meksikalılar zəfər çalıb.