Erkən ölümə daha bir səbəb

01:18 18-06-2019 749

Amerikalı alimlər tac arteriyalarda yüksək kalsium miqdarının orta yaşlarda ciddi ürək catışmazlığı ilə əlaqədar olduğunu müəyyən edib.

Bu barədə “EurekAlert” portalında məlumat verilir.

Uzunmüddətli elmi tədqiqatda könüllü qismində 2449 gənc və orta yaşlı insan iştirak edib. Tomoqrafik müayinə yolu ilə mütəxəssislər tədqiqat iştirakçılarının qan damarlarının vəziyyətini, o cümlədən tac arteriyalarda kalsiumlu piləkləri qiymətləndirib. Həmin piləklərin tərkibində kalsiumdan başqa, yağ və xolesterin olduğundan, qanda yüksək miqdarda olması damarların yığılmasına və qan buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Piləklərin yığılma göstəricisi (CAC) araşdırmanın 15-ci və 25-ci ilində yoxlanılıb. Həmin vaxt iştirakçıların orta yaş səviyyəsi artıq 50-i ötüb. 10 il ərzində sıfır CAC göstəricisi olan könüllülərin sayı 5 faiz azalıb. Kalsiumlu piləklərin çoxalması birbaşa yaşlanma ilə, o cümlədən, sistoloji arterial təzyiqin qalxması, xolesterin miqdarının artımı, şəkərli diabet və siqaret çəkmə ilə əlaqədar olub.

Belə dəyişikliklər damarların darlaşmasına səbəb olur və nəticədə ürək daha intensiv işləməyə məcbur qalır. Bu isə erkən ölüm, o cümlədən, ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır.