Müğənni Ayseli yol polisi saxladı: 204 manat cərimə - VİDEO

09:36 08-07-2019 776

Adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə yol hərəkəti qaydalarını pozub.

HerGun.Az xəbər verir ki, avtomobilini idarə edərkən yol polisi tərəfindən saxlanılan sənətçi İTV-də yayımlanan “Qanundan kənar” proqramının kamerasına tuş gəlib.

Polis əməkdaşları A.Əlizadənin avtomobilinin 204 manat cəriməsi olduğunu bildiriblər. 

Rəşad Əliyev