Azərbaycanlı modelin seksual görüntüsü səs-küy yaratdı - FOTO

09:20 24-01-2020 546

“Miss Millennium Azerbaijan” titullarının sahibi Validə Abbasova sosial şəbəkədəki paylaşımı ilə şou gündəminə səs salıb.

HerGun.Az xəbər verir ki, qızı Kamilla ilə birlikdə İsveçrədə yaşayan məşhur model hovuz kənarında əyləşib və alt paltarında şəkil çəkdirib.

O, açıq çəhrayı rəngli büstqalterini əynində çıxararaq yanına qoyub. Üzü hovuza tərəf oturan Validə bir əlini saçlarına apararaq ehtiraslı poz verib. 

Onun arxadan çəkdiyi şəklini “Instagram” hesabında paylaşaraq əks cinsin nümayəndələrinin diqqətini özünə çəkib. “Miss Millennium”un seksual fotosuna izləyicilər çoxlu şərhlər yazıblar.

Fəridə Bəhrəmova adlı izləyicinin yazdığı “Super foto. Bütün Azərbaycan mətbuatı sənin bu şəklini müzakirə edib, paxıllıq edəcək” rəyinə Validə Abbasova “Canları sağ olsun” cavabını verib.

Rəşad Əliyev