ABŞ səfirliyin ətrafına beton plitələr düzdü – Bağdadda “milyonluq nümayiş” gözlənilir - FOTO

12:20 24-01-2020 367

ABŞ İraqın paytaxtı Bağdadda yerləşən səfirliyində təhlükəsizlik tədbirlərini gücləndirib.

İraqın “Al-Sumaria” telekanalı məlumat verir ki, Bağdadın “yaşıl zona” adlandırılan ərazisində yerləşən ABŞ səfirliyi ətrafına hündür beton plitələr düzülüb.

Eyni zamanda, diplomatik missiyaya gedən yolun üzərində yeni xəbərdarlıq nişanları qoyulub, binaya yaxınlaşarkən məhdudiyyətlərin məsafəsini pozmamaq tələb olunur. 

Qeyd edək ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi İraqın nüfuzlu din xadimlərindən biri Müqtəda Əs-Sədrin bu gün cümə namazından sonra xalqı “milyonluq nümayiş” keçirməyə səsləməsindən sonra baş verib.