“Güldür Güldür”ün ulduzu məşhur serialda azərbaycanlı oldu - FOTO

16:20 24-01-2020 478

“TRT 1”in ən baxılan və populyar “Gəlin gedək” serialına sürpriz aktrisa daxil olub.

HerGun.Az xəbər verir ki, üç mövsüm boyunca çəkilişləri Muğla bölgəsində gerçəkləşən serialda bundan sonra Azərbaycandan gələn bir qadın obrazını görmək mümkün olacaq.

Bu yaxınlarda “Güldür Güldür” televiziya proqramında görünən Tuğçe Karabayır sözügedən serialda Ahsen Ağzade obrazını canlandıracaq. 

İlk dəfə Azərbaycan ləhcəsində danışdığını bildirən Tuğçe bir ay ərzində Əməkdar artist Məlahət Abbasovadan xüsusi dərslər alıb. 

Rəşad Əliyev