Deputatlığa namizəd Emin Hacıyev özünə və seçicisinə güvənir - VİDEO

19:00 24-01-2020 507

43 saylı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Emin Hacıyev artıq bir aya yaxındır Sumqayıda seçiciləri ilə görüşür, onları qayğılandıran məsələləri müzakirə edir.  

Sumqayıtlıların istək və arzularını özündə əks etdirən bir platforma hazırlayaraq onların gözləntilərini doğrultmaq üçün əməli addımlar atır.  

“İşlə təminat, sağlamlıq problemlərinin həlli, bir sıra məhəlli xarakterli məsələlərlə bağlı müraciətlərə rast gəlirik və inanırıq ki, qısa zamanda bütün bu məsələləri birlikdə həll edəcəyik”, - deyən gənc namizəd, təşviqat dövründə əhali ilə görüşlərinin olduqca sıx intervalla davam edəcəyini, evlərdə, məhəllələrdə, müxtəlif yerlərdə bu görüşlər və müzakirələrin davamlı olacağını bildirib.  

Bu gün ölkəmizdə tətbiq olunan gənclər siyasətinin gənclərin özünü inkişaf etdirməsinə, bilik və bacarıqlarını göstərməsinə imkan yaratdığını deyən Emin Hacıyev, millət vəkili seçiləcəyi təqdirdə yeniyetmələrimizi, gənclərimizi xüsusilə iki istiqamətə - intellektual fəaliyyətə, mütaliəyə və idmana meyilləndirmək fikrində olduğunu deyib.  

Gənclər üçün Kitab və idmanın təbliğinin zərərli vərdişlərə marağı azaldacağı fikrində olduğunu bildirən gənc namizəd, özünün də gənc bir namizəd kimi uğur sirrinin məhz bu olduğunu bildirib.