Bakıda xəstəxana otağında intihar - Ruhi xəstə özünü asdı

12:45 08-07-2019 1249

1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

Bu barədə HerGun.Az-a Sabunçu rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyulun 7-də 1951-ci il təvəllüdlü Vladimir Sinominko Qonomiç palatada çarpayısına çıxaraq özünü asıb.

İntiharın səbəbi məlum deyil. Bunun ruhi xəstəliklə bağlı olduğu güman edilir.