Azərbaycanda 33 ailənin həyatı təhlükədə: Yataqxana hər an uça bilər - VİDEO

11:20 27-01-2020 434

Mingəçevir şəhərində yerləşən yataqxana uçma təhlükəsi ilə üz-üzədir. 

Bununla bağlı HerGun.Az-a yataqxana sakinləri müraciət edib. 

Onların sözlərinə görə, hazırda yataqxanada 33 qaçqın ailəsi yaşayır. 

Sakinlər binada antisanitariyanın hökm sürdüyünü, elektrik naqillərinin üstü açıq vəziyyətdə olduğunu bildiriblər.

Məlumatlara görə, yataqxana şəhərin Heydər Əliyev prospektində yerləşir. 

Samir İsayev