Bakı-Pekin-Bakı aviareysi dayandırıldı - AÇIQLAMA

13:20 27-01-2020 374

Hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.

Bununla bağlı HerGun.Az-ın sorğuna cavab olaraq, “Azərbaycan Hava Yolları” məlumat yayıb. 

Bildirilib ki, bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur:

“Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyətə başlayacaq”.