Məmmədyarov əsas xarici siyasət prioritetlərindən danışdı

13:09 08-07-2019 504

Azərbaycanın suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi Bakının əsas xarici siyasət prioritetlərindən biridir.

HerGun.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda deyib.

E.Məmmədyarov bildirib ki, Azərbaycanın inkişafında və müstəqilliyimizin təmin olunmasında energetika diplomatiyamız böyük rol oynayır:

“Ötən əsrin 90-cı illərinin əvvəllərində “Əsrin müqaviləsi” imzalandı, bu da dünya ölkələri ilə energetika sahəsində əməkdaşlığımızın inkişafında dönüş nöqtəsi oldu”.

Nazir Azərbaycanın ərazi bütövlüyünün erməni təcavüzündən müdafiəsinin vacibliyini də qeyd edib.

E.Məmmədyarov, həmçinin 1918-ci ildə Azərbaycanın diplomatik xidmətinin yaradılması tarixindən, Azərbaycan dövlətinin və diplomatiyasının üzləşdiyi çətinliklərdən bəhs edib.