Bakıda yol polisi sürücülərə belə tələ qurur - VİDEO

15:40 27-01-2020 495

Sosial şəbəkələrdə Dövlət Yol polisinin əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı video görüntü yayılıb.

HerGun.Az-ın məlumatına görə, sürücü iddia edir ki, yol polis əməkdaşı “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edir, onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər. 

Görüntülərdən aydın olur ki, iki patrul avtomobili dairə boyu durmadan hərəkət edərək qayda pozan sürücü axtarırlar. 

İlhamə Əbülfət