15 yaşlı yeniyetmə məktəbdə gülləbaran həyata keçirmək istədi

17:40 27-01-2020 310

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları ölkənin Kostroma vilayətində yerləşən məktəblərin birində terror hadisəsinin qarşısını alıblar. 

Lenta.ru bölgənin Daxili İşlər Nazirliyinin saytında istinadən xəbər verir ki, üç yeniyetmə təhsil aldıqları məktəbdə güllələnmə hadisəsi törətməyə hazırlıq görüblər. 

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 15 yaşlı məktəblinin sosial şəbəkə səhifəsində qadağan olunmuş məlumatları paylaşdığı barədə məlumat əldə edib.

Nazirlik xəbər verir ki, yeniyetmə düşündüyünü həyata keçirmək məqsədilə özünə daha iki nəfər həmfikir tapıb.

Onlar təhsil aldıqları məktəbdə gülləbaran təşkil etməyi və bu məqsədlə odlu silah almağı qərarlaşdırıblar. Bundan əlavə, məktəblilər silahdan istifadə vərdişini mənimsəmək məqsədilə qarajda pnevmatik silahdan sınaq atışları həyata keçiriblər.

Güc strukturları uşaqların valideynlərini nəzarət altına alıb. Onlarla profilaktik söhbətlər aparılıb.