İlkin Rüstəmzadənin şikayəti üzrə araşdırma aparılır - RƏSMİ AÇIQLAMA - VİDEO

19:40 27-01-2020 488

İlkin Rüstəmzadənin məlum avtomobil tərəfindən vurulma təhlükəsilə bağlı iddiaları tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev HerGun.Az-a bildirib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.

E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:

“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.

İlhamə Əbülfət