Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı

02:00 28-01-2020 453

“TurStat” idman və turizm portalı MDB məkanının son il ərzində 10 ən yaxşı MMA döyüşçüsünün reytinqini təqdim edib. 

HerGun.Az xəbər verir ki, reytinqdə MMA döyüşçülərinin çəki dərəcələri nəzərə alınmayıb.

2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Maqomedşaripov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.

Tofiq Musayev 2019-cu il dekabrın 31-də RIZIN Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, reytinq ötən il MDB məkanında ən yaxşı MMA döyüşçüsü mövzusunda qarışıq döyüş sənətisevərlərin internet sorğusunun yekunlarına əsasən tərtib olunub.