Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir?

14:27 08-07-2019 630

Qalmaqallı prodüser Təranə Səmədova “ATV maqazin onlarla” proqramının “Onlarla 3 dəqiqə” rubrikasında Xalq artisti Brilliant Dadaşova haqqında gözlənilməz ifadələr işlədib.

HerGun.Az xəbər verir ki, müxbirin ünvanladığı “Hansı məşhurun ulduzu sönüb?” sualına T.Səmədova belə cavab verib:

“Brilliant Dadaşovanın sənətini çox sevirəm. Amma indi düşünürəm ki, o qədər də gündəmdə deyil, parlamır”.

Onun sözlərinə görə, indi elə sənət sahibləri gündəmdə, trenddədir ki, işləmələrinə ehtiyac qalmadığını düşünürlər.

Qalmaqallı olayla bağlı HerGun.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb. Xalq artisti sualı eşidər-eşitməz tanımadığı insanların onun haqqında fikir bildirməsinə əhəmiyyət vermədiyini bildirib.

Rəşad Əliyev