Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

23:40 28-01-2020 627

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 

HerGun.Az xəbər verir ki, bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib. 

Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer iştirak edib.