Nəvə nənəsindən oğurluq etdi - Polisə düşdü

15:00 08-07-2019 572

Tovuz rayonunda nəvə nənəsindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qədirli kənd sakini olan bir qadın ona məxsus evdən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə nəvəsi N.Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.