ABŞ-ın Bakıdakı səfiri: Kobi Brayantın ölümü bizə çox pis təsir edib

12:00 29-01-2020 429

Junior NBA Liqası uşaqları ilhamlandırmaq üçün nəzərdə tutulmuş ilham vasitəsidir. Bu gün bu liqa dünyada 60 milyon uşağı əhatə edir. Bu liqa əsas NBA liqasının təqlidini nəzərdə tutur. Uşaqlar bu liqa vasitəsilə rəqabət aparmağı, qalib gəlmək və məğlub olarkən özlərini necə aparmaq qabiliyyətlərini mənimsəmiş olacaq.

HerGun.Az xəbər verir ki, bunu NBA-nın vitse-prezidenti Xesus Bueno Paskual deyib.

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Junior Azərbaycan Liqasının təqdimat mərasimindəki çıxışında bildirib ki, Kobi Brayantın ölümü onları sarsıldıb:

“Üç gün əvvəl amerikalı məşhur basketbolçu Kobi Brayantın faciəvi ölümü bizə çox təsir edib. Tədbirin əvvəlində onun ölümü ilə bağlı bir dəqiqəlik sükuta görə təşkilatçılara təşəkkür edirəm.

NBA Liqası çox mötəbər yarışdır. Burada cari mövsüm NBA-da 38 ölkədən 108 xarici oyunçu çıxış edir. Ümid edirəm ki, Azərbaycandan da kimsə orada çıxış edəcək”.

Azərbaycan Basketbol Federasiyasının Prezidenti Nadir Nəsibov isə bu liqanın yaradılmasının ölkəmiz üçün əhəmiyyətindən və gələcəkdə məqsədin ABŞ-da azərbaycanlı basketbolçunun oynamaq olduğunu bildirib.

Səbuhi Musayev