Xesus Bueno: Azərbaycanla müqavilənin müddəti dörd illikdir

13:40 29-01-2020 426

Londonda Junior NBA üzrə dünya çempionatı keçiriləcək. Çempionatda Junior NBA Liqasının qaliblərinin basketbolçuları iştirak edəcəklər. May ayında seçim aparılacaq. Ən yaxşı komandaları Londonda keçiriləcək dünya çempionatına aparacağıq. 

HerGun.Az xəbər verir ki, bunu NBA-nın Avropa, Afrika və Yaxın Şərq üzrə vitse-prezidenti Xesus Bueno deyib. 

İspaniyalı qonaq Azərbaycan Basketbol Federasiyası ilə bağlanan müqavilənin müddətindən və dünya çempionatına basketbolçuların seçimindən danışıb:

“Hazırda dünya üzrə 80-dən çox liqa keçirilir. Azərbaycanla müqavilənin müddəti dörd illikdir. Bu layihənin əsas məqsədi istedadlı məktəbli basketbolçuları aşkar etməkdir. 

Dünya çempionatı üçün seçimlərdə hansı basketbolçularınızın düşərgədə iştirakı yerli federasiyadan asılıdır. Onlar hansı basketbolçunun güclü olduğunu bizə söyləyəcək. Bundan sonra həmin basketbolçular düşərgəyə aparılacaq və biz seçim edəcəyik. Seçilsələr Avropa komandası adı ilə Londondakı dünya çempionatında iştirak edə biləcəklər”. 

Səbuhi Musayev