Samuxda növbəti qəza: VAZ-lardan biri yandı - FOTO

15:27 08-07-2019 637

Samuxda “VAZ” markalı iki avtomobil toqquşub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Gəncə-Samux-Çoban Abdallı yolunda 1999-cu il təvəllüdlü Samir Rüstəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə 1993-cü il təvəllüdlü Sənan Aslanovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.

Toqquşma nəticəsində “VAZ 2107” markalı maşın yanıb.

Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir qədər əvvəl Gəncə-Samux yolunda “VAZ2107” markalı maşınla “Opel” markalı maşın toqquşub. Nəticədə, Samux rayon sakini, 1946-cı il təvəllüdlü Elham Nəsibov həyatını itirib, digər yaralı Göygöl sakini Nicat Məhərrəmov xəstəxanaya yerləşdirilib.

Nazir Quliyev