Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ

17:20 29-01-2020 409

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda  toyundan iki həftə sonra sonra vəfat edən gəlinlə bağlı məsələyə münasibət bildirib. 

Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov HerGun.Az-a açıqlamasında bildirib ki, baş verən faktla bağlı araşdırmalara aparır:

“Masallıda baş verən ölüm hadisəsi ilə bağlı Komitənin rayonda yerləşən Qadın Resurs Mərkəzinin, monitorinq komissiya vasitəsilə araşdırma aparılır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları da cəlb edilib”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur:

“18 yaşına çatmayanlar uşaq hesab edilir. Uşaq hüquqları haqqında qanuna və beynəlxalq konvensiyalara əsasən, əsasən, uşaq nikahları yolverilməzdir. Baş vermiş fakt onu göstərir ki, onların 16 yaşı var, qeyri-rəsmi nikahdır. Uşaq nikahlarına yox deyilməlidir, uşaqları nikaha təzyiq edən valideynlər məsuliyyətə cəlb edilməlidir”.

Qeyd edək ki, yanvarın 29-da Xoşçobanlı kəndində naməlum şəraitdə 16 yaşlı gəlin ölüb. İki həftə əvvəl Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızı Xoşçobanlı kənd sakininə ərə gedib. Yeni evlənən bəyin isə 19 yaşı olub.

İlhamə Əbülfət