Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum oldu

17:40 29-01-2020 346

Masallı rayonunda ölən yetkinlik yaşına çatmayan qızın toyundan sonra qətlə yetirildiyi məlum olub.

Bu barədə “Report”a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda araşdırma aparılır.