Dünyanın ən bahalı şirkətinə raket zərbələri endirildi

02:40 30-01-2020 359

Yəmənin şimalını nəzarətdə saxalayan husi hərəkatı Səudiyyə Ərəbistanının “Saudi Aramco” adlı Dövlət Neft Şirkətinin obyektlərinə raket zərbələri endirdiyini bəyan edib.

“Reuters” xəbər verir ki, ötən ilin sonunda “Saudi Aramco” dünyanın ən bahalı şirkəti adını alıb.

Husilər şirkətin obyektlərindən başqa Abha və Cizan şəhərlərində yerləşən hava limanlarına, həmçinin krallığın hərbi bazasına da raket zərbələri endirdiklərini iddia edirlər.

Hücumun nə vaxt həyata keçirildiyi dəqiqləşdirilmir.

Xatırladaq ki, “Saudi Aramco” şirkəti ötən ilin sentyabr ayında da raket hücumlarına məruz qalmışdı.