Hubeydə koronavirusun qurbanlarının sayı 170-ə çatdı

04:20 30-01-2020 480

Çinin Hubey vilayətinin Səhiyyə komitəsinin verdiyi məlumata əsasən, burada yeni koronavirus artıq 170 nəfərin həyatına son qoyub.

“RİA Novosti” xəbər verir ki, vilayətdə 45 yeni ölüm hadisəsi, 1032 yoluxma qeydə alınıb.

Gün ərzində isə 10 nəfər sağalaraq xəstəxanadan buraxılıb.

Xatırladaq ki, yeni tip koronavirus Çinin mərkəzində yerləşən Uhan şəhərində dekabrın sonunda təsbit olunub.

Həmçinin Çindən başqa bu virusa yoluxma halları Honkonq, Makao, Tayvan, Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada qeydə alınıb.