“Liverpul” qələbə seriyasını davam etdirir

08:00 30-01-2020 531

İngiltərə Premyer-liqasının təxirə salınmış 18-ci turu çərçivəsində “Liverpul” səfərdə “Vest Hem”ə qalib gəlib.

“Sports.ru” xəbər verir ki, oyun “mersisaydlıların” 2:0 hesablı qələbəsi ilə bitib.

35-ci dəqiqədə Məhəmməd Salah penalti zərbəsindən komandasını hesabda irəli çıxardıb.

İkinci hissənin başlanğıcında Aleks Oksleyd-Çemberlen “Liverpul”un ikinci qolunu vuraraq konadasına qalibiyyət gətirib.

Qeyd edək ki, ölkə çempionatı daxilində 15-ci dalbadal qələbəsini qazanan “Liverpulun” hal-hazırda 70 xalı var. İkinci yerdə gedən “Mançester-Siti” onlardan 19 xal geridədir.

Növbəti 25-ci tur çərçivəsində “Liverpul” öz meydanında “Sauthemptonu” qəbul edəcək.