Rusiya və Türkiyə müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

03:27 18-06-2019 979

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
 
“Anadolu” xəbər verir ki, danışıq zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər. Nazirlər Astana və Soçi razılaşmalarına sadiq olduqlarını bildiriblər.
 
Bundan əlavə, H.Akar və S.Şoyqu həmçinin regionda sülh, sabitlik və barışın təmin edilməsi üçün atılmalı addımları müzakirə ediblər.