Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edilib - QƏRAR

21:20 30-01-2020 436

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.  

HerGun.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibi aşağıdakı redaksiyada verilib. 

Şuranın sədri 

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

Şuranın sədrinin müavini 

Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

Şuranın məsul katibi 

Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü   

Şuranın üzvləri: 

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik 

İbrahim Quliyev - Azərbaycan..Milli..Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik 

Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik 

Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik 

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik 

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik 

Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik 

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik 

Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini 

Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini 

Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru 

Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini 

Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru 

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü 

Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru 

Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini 

Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri 

İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, generalmayor, texnika elmləri doktoru 

Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant 

Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini 

Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini 

Rövşən Rüstəmov - “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini. 

Nazirlər Kabinetinin digər qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.