Məşhur aktyor altıncı dəfə ata olmaq istəyir

07:00 31-01-2020 461

Çoxuşaqlı dünya şöhrətli kino ulduzu Cud Lou növbəti dəfə ata olmaq niyyətinə düşüb.

“7 Days” xəbər verir ki, 47 yaşlı aktyor gənc həyat yoldaşı Filippa Koan ilə uşaq sahibi olmaq istədiyini bildirib.

Cud etiraf edir ki, uşaqları çox sevir və hər yeni doğulan uşaq onun həyatında bayrama çevrilir.

Qeyd etmək lazımdır ki, aktyorun artıq 5 övladı var.

Sedi Frostla ilk evliliyindən onun 3 uşağı var: 23 yaşlı Rafferti, 19 yaşlı Ayris və 17 yaşlı Rudi.

Daha iki qızını Cud Lounun rəfiqələri dünyaya gətirib. Samanta Berk onun 10 yaşlı qızı Sofiyanı böyüdür, Ketrin Hardinq isə dörd yaşlı Adanı.