Castin Biberin model arvadı onu lağa qoyanlara: “Bunu dayandırın!” - FOTO

12:20 31-01-2020 552

Məşhur amerikalı model Heyli Bolduin-Biber sosial şəbəkə trollarına qarşı mübarizəyə başlayıb.

Bu barədə “Sözcü” nəşri məlumat yayıb.

Əlinin kiçik barmağı ilə bağlı onu lağa qoyanlara qarşı üsyan edən Bolduin bunun irsi xəstəlik olduğunu bildirib.

Kanadalı müğənni Castin Biberlə evlənməsi ilə gündəndəm düşməyən amerikalı model “Instagram” hesabında əlinin şəklini paylaşaraq yazıb:

“Barmaqlarımın bu cür görünməsinin səbəbi budur. Məndə ektrodaktiliya adlı xəstəlik var. Həyatım boyu belə idi və “barmaqların niyə belədir?” deyə soruşmağı dayandırın!”