Ötən il Gürcüstandan 32 Azərbaycan vətəndaşı deportasiya edilib

12:40 31-01-2020 410

Ötən il üçüncü rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib.  

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.

Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının yeddisi qadın, dördü isə kişi olub. Onların doqquzu 18 yaşdan kiçik, ikisi isə 41-65 yaş aralığından olub.

Bununla da ötən il Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 32 nəfərə çatıb.

Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.