Xırdalanda oyun zalında yeniyetməni bıçaqladılar

02:00 01-02-2020 532

Xırdalan şəhərində 16 yaşlı oğlan bıçaqlanıb. 

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən kompüter oyunları zalında baş verib. 

16 yaşlı Nihat Qasımov oyun klubunda tanışı ilə mübahisə edib. Nəticədə N.Qasımov bıçaqlanıb.  

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.