Zinəddin Zidanın oğlu klubunu dəyişdi

15:00 01-02-2020 542

Madridin “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın böyük oğlu Entso Zidan İspaniyanın “Almeriya” klubu ilə müqavilə bağlayıb.

Championat.ru saytı xəbər verir ki, bu haqda Madrid “Real”ının mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun imzaladığı müqavilənin şərtləri haqda məlumat verilmir.

Qeyd edək ki, Entso Zidan Madridin “Real” klubunun yetirməsidir. O, 2014-2017-ci illərdə klubun gənclərdən ibarət heyətində top qovub. Qısa müddət ərzində atasının çalışdırdığı klubun əsas heyətində də çıxış edib.