Aynişanın toyundan özəl görüntülər - FOTO/VİDEO

21:00 01-02-2020 579

Xəbər verdiyimiz kimi, hazırda paytaxt restoranlarının birində Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın qız toyudur.

HerGun.Az xəbər verir ki, fitness məşqçisi Kənan Əliyevlə ailə həyatı quran Aynişanın toy məclisində şou-biznesin məşhur simaları - Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Eyyub Yaqubov və başqaları çıxış edib.

Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın səkkizi paytaxt restoranlarının birində keçiriləcək. Hər iki məclis mediaya qapalıdır.

Rəşad Əliyev