Mövlud Çavuşoğlu: “Can Azərbaycana canımız fəda”

12:40 02-02-2020 504

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabında Azərbaycan Xarici İşlər Nazirliyinin tvitinə cavab yazıb.

O, Çinin Uhan şəhərindən çıxarılan vətəndaşlarımızla bağlı XİN-in Türkiyəyə təşəkkür mesajına cavabında bildirib:

“Vətəndaşlarımızı xilas edərkən can qardaşlarımızı orada qoya bilməzdik, əlbəttə. Azərbaycan da olsaydı, eynisini edərdi. Can Azərbaycana canımız fəda”.

Qeyd edək ki, ötən gecə Uhandan Ankaraya gələn təyyarədə olan 42 nəfərdən 6-sı Azərbaycan vətəndaşı olub.