Məşhur repçi gecə klubunda sərvət dağıtdı - VİDEO

00:00 03-02-2020 620

Səxavəti ilə məşhur olan repçi Post Malone yenə pərəstişkarlarını sevindirib.  

HerGun.Az xəbər verir ki, yüksək əhvalda olan repçi pul qutuları ilə Mayamidəki “E11even” gecə klubuna gəlib.  

O, klubda qızların striptiz-şousunu izləməyə gələn qonaqların başına pullar səpib.  

İzləyicilərin başına 50 min dollar yağdıran Post Malone onların hər birinin heç olmasa 10 dollar götürdüyünə əmin olub.  

Bu, repçi Post Malonenin ilk belə addımı deyil.  

O, “E11even”ə gələn qonaqlarının maddi vəziyyətini düzəltmək üçün oktyabr ayında da eyni məbləğdə pul paylamışdı.  

Rəşad Əliyev