Avstriyada dünyanın ən hündür qar adamını düzəltdilər

03:40 03-02-2020 466

Avstriyada hündürlüyü 38 metr təşkil edən qar adamı düzəldiblər.

“DW” xəbər verir ki, qar adamını Rizneralm qış-xizək kurortunda düzəldiblər.

Qar adamı artıq hündürlüyünə görə Ginnesin rekordlar kitabına düşüb.

Qeyd etmək lazımdır ki, ona Rizi adını veriblər.