Azərbaycan çempionatının bombardiri “Qarabağ”ı Çin klubuna dəyişdi - VİDEO

16:20 03-02-2020 429

“Qarabağ”ın futbolçusu Dani Kintana klubdan ayrılıb.

HerGun.Az xəbər verir ki, o, bu gün Ağdam komandasında sonuncu məşqinə çıxıb. 

İspaniyalı yarımmüdafiəçi həmyerlisi Xose Karlos Qraneronun çalışdırdığı Çinin “Çandu Sinçen” klubuna transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan komandasına transfer olunan Dani Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. O, ilk mövsümündə – 2015/2016 mövsümündə 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Onun “Qarabağ”la müqaviləsi yayda başa çatırdı.

Səbuhi Musayev