Yarı yolda qalan qatarın sərnişinləri havasızlıqdan boğulur: İki saatdır bu vəziyyətdəyik
01:36 09-07-2019 533
Bakıdan Tbilisiyə gedən qatarın qəza nəticəsində yarı yolda qalması sərnişinləri acınacaqlı vəziyyətə salıb.
Onlardan biri son vəziyyət haqqında HerGun.Az-a açıqlamasında bildirib ki, qatar təxminən iki saatdır dayanıb, heç kim vaqondan çölə buraxılmır: “Bizə heç bir məlumat vermirlər. Nə vaxt gedəcəyimizi bilmirik. Çölə çıxmağa da icazə verilmir. Vaqonlarda kondisionerlər işləmir, havasızlıqdan və istidən boğuluruq”.
Qeyd edək ki, Bakı-Tbilisi qatarı Bakı - Tbilisi dəmir yolunun Hacıqabul və Kürdəmir rayonları arasındakı ərazidə hərəkətdə olarkən elektrik naqilində problem yaranıb.
Bu səbəbdən qatarın bəzi voqonlarında yanğın baş verib.