Birinci vitse-prezident Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib - FOTO

01:40 04-02-2020 523

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olması və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. 

HerGun.Az xəbər verir ki, Mehriban xanım Əliyevanın “İnstagram” səhifəsində yer alan təbrikdə deyilir: 

“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! 

Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir. 

Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!”. 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir. Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram! Искренне поздравляю Народного артиста Азербайджанской Республики, Чрезвычайного и полномочного посла Азербайджанской Республики в Российской Федерации Полада Бюльбюльоглу по случаю 75-летия и награждения орденом «Гейдар Алиев»! Творчество Полада Бюльбюльоглу наполняет сердца людей добротой и благородством, верой в непоколебимую силу духа. Уникальный талант и неиссякаемая энергия позволили ему создать ряд прекрасных, неподвластных времени произведений. Их искренне любят люди разных возрастов и поколений. Желаю Поладу Бюльбюльоглу - яркой и талантливой личности, снискавшей любовь и уважение друзей и почитателей крепкого здоровья, счастливой жизни в окружении родных и близких!

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)