“Forsaj-9” filminin hadisələri Azərbaycanda da cərəyan edəcək – VİDEO

07:40 04-02-2020 651

Dünyaca məşhur “Forsaj” seriyasının 9-cu epizodunda hadisələr həmçinin Azərbaycanda baş tutacaq.

“Oyeyeah.com” saytı xəbər verir ki, filmin premyerası cari ilin may ayının 20-ə nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, filmin tam süjeti açıqlanmasada artıq treylerini izləmək olar.

Azərbaycanla bağlı olan çəkilişlər gizli bunkerə həsr olunub. Qeyd etmək lazımdır ki, Azərbaycanla yanaşı filmin çəkilişləri Londonda, Tokioda, Mərkəzi Amerikada, Şotlandiyada və Gürcüstanda baş tutub.