Maştağada naməlum sürücü piyadanı vurdu

04:36 09-07-2019 578

Sabunçu rayonunda minik avtomobili 32 yaşlı kişini vurub.

HerGun.Az xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıya hər iki baldır sümüyünün sınığı, kəllə-beyin travması, hər iki aşağı ətrafın sınığı diaqnozu qoyulub.

B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu